AZ

Hikmət Hacıyev ABŞ-də mühüm görüşlər keçirdi

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Konqresinin Nümayəndələr Palatasının (aşağı palata) Xarici Əlaqələr Komitəsinin sədri Brayan Mast və senator Stiv Dayns ilə görüşüb.

Bu barədə Publika.az-a Azərbaycanın Vaşinqtondakı səfirliyindən məlumat verilib.

Görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyev və Amerika lideri Donald Tramp arasında avqustun 8-də Vaşinqtonda keçirilən sammitin strateji əhəmiyyəti, onun Azərbaycan-Amerika münasibətləri və regional sülh üçün müsbət nəticələri vurğulanıb.

Azərbaycan Prezidentinin köməkçisi 907-ci maddənin ləğvinin vacibliyini vurğulayıb və parlamentariləri Azərbaycana səfərə dəvət edib.

Seçilən
22
32
publika.az

10Mənbələr