AZ

U-21 Bolqarıstanla heç-heçə etdi - VİDEO

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, B qrupunda yer alan yığmamız Bakıda Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Baş məşqçi Ayxan Abbasov əsas yığmanı Ukrayna ilə oyuna çıxaracağı üçün bolqarlarla görüşdə U-21-ə rəhbərliyi Elnur Çodarov edib.

Görüşdə hesabı 41-ci dəqiqədə komandamızın üzvü Rüstəmov açıb - 1:0. Üç dəqiqədən sonra qonaqlardan İliyev cavab topunu vurub - 1:1. Birinci hissə bu hesabla başa çatıb. İkinci hissədə hesab dəyişməyib və millimiz bu mərhələdə ilk xalını qazanıb.


Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
15
1
bizim.media

10Mənbələr