ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxıb.Bizim.Media xəbər verir ki, B qrupunda yer alan yığmamız Bakıda Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.Baş məşqçi Ayxan Abbasov əsas yığmanı Ukrayna ilə oyuna çıxaracağı üçün bolqarlarla görüşdə U-21-ə rəhbərliyi Elnur Çodarov edib.Görüşdə hesabı 41-ci dəqiqədə komandamızın üzvü Rüstəmov açıb - 1:0. Üç dəqiqədən sonra qonaqlardan İliyev cavab topunu vurub - 1:1. Birinci hissə bu hesabla başa çatıb. İkinci hissədə hesab dəyişməyib və millimiz bu mərhələdə ilk xalını qazanıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.