AZ

Parisdə məscidlərin qarşısına donuz başları qoyuldu - Üzərinə Makron yazılıb

Paris və İl-de-Frans bölgəsində bir neçə məscidin girişində donuz başları aşkarlanıb.

Musavat.com xəbər verir ki, Paris polis prefekti Loran Nunyez sosial şəbəkə X-də yazıb ki, bu gün səhər saatlarında ictimai yerlərdə məscidlərin qarşısına heyvan başları yerləşdirilib.

Fransanın LCI radiostansiyasının məlumatına görə, ən azı doqquz donuz başı tapılıb. Onlardan beşinin üzərində mavi boyayla "Makron" sözü yazılıb.

Hadisə ilə bağlı istintaq başladılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
38
1
olaylar.az

2Mənbələr