AZ

Türkiyədə Urartu dövründən qalma nəhəng küplər aşkarlandı

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Türkiyənin Van vilayətinin Erek dağının ətəyində aparılan arxeoloji qazıntılar zamanı Urartu dövründə taxıl və içki anbarı kimi istifadə edildiyi ehtimal edilən ərazidən üzərində mixi yazıları olan böyük küplər tapılıb.

Oxu.Az bu barədə "Anadolu" agentliyinə istinadən məlumat yayıb.

Qazıntı işləri Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin icazəsi ilə Van Muzeyinin rəhbərliyi altında və İğdır Universitetinin mütəxəssisləri tərəfindən həyata keçirilib.

Arxeoloqlar bildiriblər ki, indiyə qədər qazıntı aparılan ərazidən kiçik və böyük ölçüdə ümumilikdə 75 küp aşkar edilib. Aşkarlanan nəhəng küplər bu ərazidə qalanın mövcud olduğunu göstərir və küplərdə qalanın ehtiyat ərzaqları saxlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
1
oxu.az

2Mənbələr