AZ

Yenə fərqlənməyi bacardı

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo yeni uğura imza atıb.

“Qafqazinfo” xəbər verir ki, 40 yaşlı futbolçu bunu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Macarıstanla görüşdə fərqlənməklə bacarıb.

O, mundialların seçmə mərhələlərindəki qollarının sayını 39-a çatdırıb.

Bununla da Ronaldo dünya çempionatlarının seçmə mərhələlərində ən çox qol vuran 2 oyunçudan biri olub. Forvard Qvatemala yığmasının keçmiş hücumçusu Karlos Ruizlə bərabər nəticə göstərib.

Qeyd edək ki, Ronaldo 2003-cü ildən Portuqaliya millisinin üzvüdür.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
qafqazinfo.az

1Mənbələr