AZ

Bəzi ərazilərdə işıq olmayacaq

Yevlaxda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. SİA xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün Yevlax Elektrik Şəbəkəsində (EŞ) yerləşən 110/35/10 kV-luq "Yevlax" yarımstansiyasında təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 03:00-dan 07:00-dək rayonun Duzdağ qəsəbəsi, Çobankərə, Nemətabad, Nərimanabad kəndlərində, eləcə də şəhərin bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Seçilən
50
6
sia.az

10Mənbələr