AZ

Xamenei 3 min 458 məhkumu əfv etdi

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei Məhəmməd Peyğəmbərin və İmam Cəfər ibn Məhəmməd əs-Sadiqin doğum gününün növbəti ili münasibəti ilə 3 458 məhkumu əfv edib və cəzalarının yüngülləşdirilməsinə razılıq verib.

 

Məlumatı "Mehr" agentliyi yayıb.

 

Bildirilib ki, İran Konstitusiyasının 110-cu maddəsinə uyğun olaraq həmin məhkumların siyahısı xüsusi məhkəmə komitəsi tərəfindən araşdırıldıqdan sonra Məhkəmə hakimiyyətinin başçısı Qulam Hüseyn Möhsüni-Ejei tərəfindən təsdiq üçün ali rəhbərə təqdim edilib.

 

Seçilən
8
4
senzor.az

5Mənbələr