AZ

"Google" süni intellekt rejimini beş yeni dildə istifadəyə verdi

"Google" axtarışın süni intellekt rejiminin dəstəyini beş yeni dilə – hind, yapon, koreya, indoneziya və Braziliya portuqalcasına genişləndirib.

“İki sahil” xəbər verir ki, bu barədə "TechCrunch" məlumat yayıb.

Artıq bütün dünyada əlçatan olan funksiya daha dəqiq və faydalı axtarış üçün yerli kontekst və mədəni xüsusiyyətləri nəzərə alır. Sistem təkmilləşdirilmiş "Gemini 2.5" versiyasından istifadə edir və multimodal axtarışla yanaşı, məntiqi nəticə çıxarma imkanlarını da dəstəkləyir.

Bu, süni intellekt rejiminin yalnız ingilis dilində istifadəyə verilməsindən sonra atılmış ilk addımdır. İndi istifadəçilər mürəkkəb sualları ana dillərində ünvanlaya və ətraflı cavab ala biləcəklər.

Xatırladaq ki, süni intellekt rejimi ilk dəfə 2025-ci ilin martında ABŞ-də sınaqdan keçirilib, daha sonra Böyük Britaniya və Hindistanda istifadəyə verilib. Avqustda isə rejim 180-dən çox ölkədə aktivləşdirilib. Digər dillər üçün dəstək isə yalnız indi tətbiq olunub.

Şirkət nümayəndələrinin sözlərinə görə, bu yenilik süni intellektlə axtarışın həm qlobal, həm də lokal əhəmiyyətini artıracaq.

Seçilən
62
5
ikisahil.az

8Mənbələr