Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari sosial media hesabında bildirib ki, Qətər İsrailin Dohaya planlaşdırdığı zərbə ilə bağlı əvvəlcədən xəbərdarlıq almayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Diplomatın sözlərinə görə, Amerika rəsmiləri hücumdan dərhal sonra Qətər rəsmiləri ilə əlaqə saxlayıb. Əl-Ənsari əvvəlcədən məlumatla bağlı əvvəlki iddiaları təkzib edib.
"Amerika rəsmisinin zəngi İsrailin Dohaya hücumu nəticəsində törədilən partlayışlar zamanı gəlib", - XİN sözçüsü qeyd edib.