AZ

Bir aydınımızı da itirdik...

Azərbaycan ən yaxşı oğlunu itirdi... Qaraqoyunlu eli öz əziz oğlunu itirdi.

Bəli, tanınmış cərrah, professor İbrahim Yıldırımı itirdik...

Qohum idik. Qaraqoyunlu elinden Türkiyəyə gedən qohumlarımızdan idi. Dost idik. Bir-birimizə çox bağli idik.

Azərbaycanı sevirdi, Azərbaycan üçün çalışirdi. Ürəyi Azərbaycanla döyünürdü. Cümhuriyyət tarixini dərindən bilirdi. Gerçək bir aydın idi. Məfkurə insanı idi. Atatürk ideallarına bağlı idi.

Onu kökünə bağlı çagdaşçı kimi xarakterizə edərdim.

Qarabağ savaşlarında çox əsgərlərimizi cərrahi əməliyat etmişdi. Çox yaralilarimizi öz hesabina sağaltmışdı.

Azərbaycandan çoxlu tələbələr aparib universitetlərdə oxutdurmuşdu, cərrah kimi yetişmələrinə yardımçı olmuşdu. Çoxlu tələbələri var. Azərbaycan diaspor fəaliyyətinin ən fəal şəxsiyyətlərindən idi.

Türkiyə ilə Azərbaycanı birləşdirən bir Yol adamı idi.

Qaraqoyunlu eli Gəncə Quberniyasinin Qazax qəzasina daxil idi. 1922-ci ildə Sovet Rusiyasi Qaraqoyunlu dərəsini (Dilican dərəsi, Darliq dərəsi) Qazaxdan kəsib Ermənilərə vermişdilər. İbrahim Yildirimin da qohumlarinin bir qismi Qazaxda yaşayir. Mərhum diplomat Vəfa Quluzadə İbrahim Yıldirimin Qazaxdan olan yaxın qohumlarindan idi.

İbrahim Yıldırimla Yasəmən Qaraqoyunlunun ulu nənələri isə birdir. Bir nənənin, bir evin, bir ocağin və bir nəslin övladlarıyiq. Ulu bir Türk nəsilinin...

İbrahim Yıldırımın məsləhəti ilə Rza Qarabağ adlı qohumumuz Qaraqoyunlu dərəsi haqqinda doktorluq elmi dərəcəsini müdafiə etdi və kitab kimi yayınladi.

Amasiya şəhərində Azərbaycanlıların- Qaraqoyunluların diaspor təşkilatlari da fəaliyyət göstərir.

Siyasetə qarışmagımı istemirdi. Son görüşümüzdə bilim adamı olmaq istəyirsensə siyasətdə tərəf tutmayacaqsan dedi. Siyasətdən uzaq ol, özünü bilime ver dedi və getdi.

Bizden getdi. Menden getdi. Canımın bir parçasını itirdim.

Üzğunüm...

Yasamən Qaraqoyunlu

News365.az

Seçilən
44
news365.az

1Mənbələr