AZ

Türkiyə İsrailin hücumu barədə əvvəldən xəbərdarlıq edib

BAKI, 10 sentyabr. TELEQRAF

Türkiyə və Misir İsrailin Qətərin paytaxtı Dohada HƏMAS liderlərinə hücumundan bir neçə həftə əvvəl hərəkatın siyasi rəhbərliyinə təhlükəsizliyini gücləndirmək barədə xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” İsrail, ABŞ, Qətər və digər ərəb ölkələrinin rəsmilərinə istinadla məlumat yayıb.

Məlumata görə, Dohada HƏMAS-ın siyasi rəhbərliyinin Qəzza ilə bağlı son atəşkəs təklifini müzakirə etmək üçün toplaşdığı binaya uzaqmənzilli sursatlardan atəş açmaq üçün 10 reaktiv təyyarədən istifadə olunub.

“Broadsheet” bildirib ki, təyyarələr raketləri Qətərin hava məkanından kənarda atıb. Bu zaman Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin hava məkanının pozulmadığı qeyd edilib.

İsrail Müdafiə Qüvvələri hücum zamanı HƏMAS-ın rəhbər şəxslərinin öldürüldüyünü açıqlayıb.

Seçilən
14
3
teleqraf.com

5Mənbələr