Astroloji araşdırmalara və bəzi statistik məlumatlara əsasən, zənginlik və maliyyə uğuru ilə seçilən bir neçə bürc ön plana çıxır. Mütəxəssislər bildirirlər ki, bu bürclərə sahib insanlar daha planlı, məqsədyönlü və maliyyə baxımından düşüncəlidirlər.
Bakuinfo xəbər verir ki, birinci yerdə Oğlaq bürcü gəlir. Onlar intizamlı və məqsədli olduqları üçün zənginliyə aparan yolu tədricən, amma əminliklə gedirlər. Ardınca Şir bürcü gəlir. Liderlik və diqqət mərkəzində olma istəyi Şirlərin iş həyatında uğur qazanmasına səbəb olur.
Üçüncü pillədə isə Buğa bürcü yer alır. Maliyyə sabitliyini sevən Buğalar maddi təhlükəsizliyə önəm verir və pul toplamaq bacarığı ilə seçilir.
Dördüncü və beşinci yerlərdə Əqrəb və Tərəzi bürcləri qərarlaşıb. Əqrəblər strateji düşüncələri ilə maliyyə sahəsində uğur qazanır, Tərəzilər isə insanlarla düzgün ünsiyyət quraraq imkanlar əldə edir.
Astroloqlar qeyd edir ki, bürc yalnız bir tendensiyadır və zənginlik əsasən şəxsi zəhmət, düzgün qərarlar və mühitlə bağlıdır. Buna baxmayaraq, bu bürclərə sahib şəxslərin uğur ehtimalı daha yüksək qiymətləndirilir.