Rusiyanın Ukraynaya hücumu zamanı Polşanın hava məkanı dronlar tərəfindən dəfələrlə pozulub.
Apa xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinim Əməliyyat Komandanlığından bildirilib.
"Bu, vətəndaşlarımızın təhlükəsizliyinə real təhlükə yaradan təcavüz aktıdır", - bəyanatda deyilir.
O da bildirilib ki, təhlükə yaradan dronların zərərsizləşdirilməsi barədə qərar qəbul edilib, bəziləri vurulub.
Qeyd edək ki, səhər saat 5:40-da Çosnovkada polis zədələnmiş pilotsuz uçan aparatının aşkar edildiyini təsdiqləyib.
***
08:42
Polşa hərbçiləri gecə saatlarında ölkənin hava məkanını pozan obyektləri vurub, lakin onların Rusiya PUA-ları olması ilə bağlı məlumat yoxdur.
Apa xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk deyib.
"Polşa hava məkanının çoxsaylı pozulması ilə bağlı əməliyyat aparılır. Ordu obyektlərə qarşı silahdan istifadə edib. Mən prezident və müdafiə naziri ilə daim əlaqə saxlayıram. Mən birbaşa əməliyyat komandirindən hesabat almışam", - Tusk “X” hesabında bildirib.
Ukrayna tərəfi Rusiyanın bir neçə pilotsuz təyyarəsinin Ukrayna üzərindən Polşaya uçduğunu bildirib.
Polşa qırıcı təyyarələrinin ölkənin hava məkanını pozan ən azı 4 pilotsuz təyyarəni vurduğu bildirilir.
Qeyd edək ki, Polşanın hava məkanına naməlum obyektlərin daxil olması səbəbilə Varşava və Rzeşov şəhərlərində hava limanları bağlanıb.