Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində qəza baş verən ərazidə yerləşən işıqfor 3 gündür ki, işləmir.
Avtosfer.az xəbər verir ki, BAKU.WS-in "qaynar xətt"inə müraciət edən sakinlərin sözlərinə görə, bu səbəbdən səhər və axşam saatlarında küçədə ciddi problemlər, tıxac və təhlükəli vəziyyət yaranır:
"Səhər-axşam vəziyyət dəhşətli olur", - şikayətçi bildirir.
Məlumata görə, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi işıqforun bərpası üçün müəyyən işlərin aparıldığını bildirib və qurğunun hələ bir neçə gün işləməyəcəyini açıqlayıb.