AZ

DİN: Sentyabrın 9-da ölkə üzrə 42 cinayətin üstü açılıb

Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, sentyabrın 9-da Azərbaycan ərazisində polis əməkdaşları tərəfindən 29 yeni cinayətin, həmçinin əvvəlki dövrlərdən bağlı qalan 13 hadisənin üstü açılıb.

Hesabat günündə:

74 nəfər axtarışda olan şəxs saxlanılıb, onlardan 51-i borclu şəxs qismində axtarışda olub.

Narkotiklərlə əlaqəli 15 fakt, həmçinin qanunsuz saxlanılan silah-sursatla bağlı 8 fakt qeydə alınıb.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər tutulub.

Eyni zamanda, 8 nəfər itkin düşmüş kimi axtarışda olan şəxs tapılaraq ailələrinə və aidiyyəti orqanlara təhvil verilib.

DİN hüquq-mühafizə tədbirlərinin davam etdirildiyini bildirib.

Gülnar 

Seçilən
71
1
anews.az

2Mənbələr