AZ

Bu, müharibə aktıdır : ABŞ konqresmeni Rusiyanın NATO ya hücum etdiyini dedi

Qaynarinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin üzvü, respublikaçı konqresmen Co Vilson bəyan edib ki, Rusiyanın Polşaya dron hücumu Donald Tramp administrasiyası üçün Kremlə qarşı dərhal sərt sanksiyalar tətbiq etmək və Ukraynaya hərbi dəstəyi gücləndirmək üçün əsasdır.

Qaynarinfo xəbər verir ki, Vilson "X” sosial şəbəkəsində insidenti "NATO müttəfiqinə birbaşa hücum” adlandırıb.

"Rusiya NATO müttəfiqi Polşaya İran dronları ilə hücum edir – bu, prezident Trampın Ağ Evdə Polşa prezidentini (Karol Navrotski – Qaynar.) qəbul etməsindən bir həftədən də az müddət sonra baş verir. Bu, müharibə aktıdır və biz NATO müttəfiqlərinə Putinin azad və zəhmətsevər xalqlara qarşı davam edən, səbəbsiz aqressiyasına sürətli reaksiyaya görə minnətdarıq”, – deyə o yazıb.

Vilson Tramp administrasiyasını Rusiyanın hərbi maşınını iflic edə biləcək sanksiyalar tətbiq etməyə, həmçinin Ukraynaya Rusiya ərazisinə zərbə endirmək üçün müasir silahlar verməyə çağırıb.

"Putin artıq yalnız Ukraynada məğlub olmaqla kifayətlənmir, anaları və körpələri bombalayaraq, indi NATO ərazisində də bizim qətiyyətimizi sınağa çəkir. Putin bəyan edib ki, "Rusiya sərhəd tanımır”. Azad və çiçəklənən xalqlar Rusiyaya sərhədin nə olduğunu öyrədəcək”, – konqresmen vurğulayıb.

Xatırladaq ki, sentyabrın 10-na keçən gecə Polşa Rusiya tərəfindən Ukraynaya qarşı kütləvi hücum fonunda Hava Hücumundan Müdafiə sistemini və aviasiyasını ən yüksək hazırlıq vəziyyətinə gətirib. Hücum dronlarının bir hissəsi sərhədi keçib. Polşa tərəfi reaksiya verib.

Daha sonra Polşanın baş naziri Donald Tusk təsdiqləyib ki, hərbçilər gecə ölkənin hava məkanını pozan obyektləri vurublar. Lakin o, Polşa hava məkanını məhz rus pilotsuz aparatlarının keçdiyini deməyib.

Alpər

Russia is attacking NATO ally Poland with Iranian shahed drones less than a week after President Trump hosted President Nawrocki at the White House. This is an act of war, and we are grateful to NATO allies for their swift response to war criminal Putin’s continued unprovoked…

— Joe Wilson (@RepJoeWilson) September 10, 2025

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
qaynarinfo.az

1Mənbələr