AZ

Rusiya Polşaya müharibə elan etdi – Vilson

ABŞ konqresmeni Co Vilson Rusiyanı Polşaya müharibə elan etməkdə ittiham edib və Rusiyaya zərbələr endirmək üçün Ukraynanı silahla təmin etməyə çağırıb.

Busaat.az xəbər verir ki, o, bu barədə X səhifəsində məlumat yayıb.

“İranın “Şahid” PUA-larının NATO üzvü olan Polşaya hücumu müharibə aktından başqa bir şey deyil”, – o bildirib.

O, Tramp administrasiyasını dərhal bu cür hərəkətlərə qarşı durmağa çağırıb:

“Rusiya hərbi maşınını məhv etməyə qadir olan sərt sanksiyaları təcili olaraq tətbiq etmək və Ukraynanı Rusiya ərazisinə zərbə endirməyə imkan verəcək silahlarla təmin etmək lazımdır. Kreml artıq təkcə Ukraynadakı müharibə ilə kifayətlənmir – indi Moskva “Rusiyanın sərhədləri olmadığını” bəyan etməklə NATO-nun qətiyyətini sınayır”.

Qeyd edək ki, 10 sentyabrda Rusiyaya məxsus “Şahid” PUA-ları Polşaya hücum edib.

Seçilən
17
9
busaat.az

10Mənbələr