AZ

Tramp Avropanı Rusiyaya qarşı sanksiya tətbiqinə çağırdı və vəd etdi ki...

ain.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp Avropanı Rusiyanın ticarət tərəfdaşlarına qarşı genişmiqyaslı rüsumlar tətbiq etməyə çağırıb və ABŞ-ın da bu addımı atacağını bəyan edib.

Qaynarinfo "The Telegraph”a istinadla yazır ki, Tramp Avropa İttifaqını Kremlə təzyiqi artırmaq məqsədilə Hindistana və Çinə qarşı 100 faiz əlavə sanksiyalar tətbiq etməyə çağırıb. Bildirilir ki, Tramp bu müraciəti Avropa liderləri ilə Vladimir Putini Ukrayna ilə sülh sazişi imzalamağa məcbur etməyin yollarını müzakirə edərkən səsləndirib.

Nəşr ehtimal edir ki, bu təklif ABŞ ilə Hindistan arasında gərginliyi artıracaq. Xatırladaq ki, Tramp Rusiya nefti alışına görə 25 faiz cərimə rüsumu tətbiq etmişdi və bunun nəticəsində Hindistan mallarına qoyulan ümumi rüsum 50 faizə çatmışdı.

"Son həftələrdə Tramp Moskvadan getdikcə daha çox məyus olur, çünki Putin ABŞ-ın sülh sazişi bağlamaq cəhdlərinə baxmayaraq, Ukrayna şəhərlərini bombalamaqda davam edir”, – nəşr qeyd edib.

Jurnalistlərin yazdığına görə, Ağ Ev Putinə qarşı ritorikasını gücləndirib. ABŞ maliyyə naziri Skot Bessent bildirib ki, Avropa İttifaqının Rusiya nefti alan ölkələrə qarşı tətbiq edəcəyi sanksiyalar Rusiyanın iqtisadiyyatının "tam çökməsinə” səbəb ola bilər.

"Hazırda biz Ukrayna ordusunun nə qədər davam gətirə biləcəyi ilə Rusiya iqtisadiyyatının nə qədər dayana biləcəyini müəyyənləşdirmək bir yarışdayıq”, – o bəyan edib.

Qeyd edək ki, 7 sentyabrda Tramp bəyan edib ki, Rusiyaya qarşı sanksiyaların "ikinci mərhələsinə” keçməyə hazırdır.

Bundan əvvəl "Bloomberg” yazmışdı ki, Avropa İttifaqı artıq mövcud sanksiyaları yan keçməyə yardım edən ölkələrə qarşı əlavə məhdudiyyətlər tətbiq etməyə hazırlaşır.

Alpər

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
qaynarinfo.az

1Mənbələr