Ağdam rayonunun Yuxarı Yüzbaşılı kəndində yaşayan 16 yaşlı qız bir neçə nəfər tərəfindən cinsi zorakılığa məruz qalması barədə ailəsinə xəbər verib.
Vətəninfo.az-ın Report-a istinadla məlumatına əsasən, zərərçəkən qızın ailəsi bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
DİN-in Mətbuat xidmətinin regional qrupundan verilən məlumatda bildirilib ki, Ağdam rayonunda 2009-cu il təvəllüdlü qızın cinsi zorakılığa məruz qalması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 4 nəfər rayon sakini saxlanılaraq istintaqa təqdim olunub.
Faktla bağlı müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.