Bakı. Trend:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və "SOCARGreen" arasında Enerji Effektivliyi Müqaviləsi və NiyyətRazılaşmasının imzalanma mərasimi keçirilib.
Trend xəbərverir ki, imzalanma mərasimi bu gün Bakıda keçirilən 2-ciBeynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - “Baku WaterWeek”in (Bakı Su Həftəsi) açılışı çərçivəsində baş tutub.