AZ

Rusiyanın Polşaya hücumu NATO-da müzakirə olunacaq

NATO Rusiya PUA-larının Polşa hava məkanında məhv edildiyini açıqlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Allison Hart paylaşım edib.

O, X-dəki paylaşımında yazıb ki, Polşa və NATO hava hücumundan müdafiə sistemləri bu əməliyyatı birgə icra ediblər: "NATO-nun baş katibi Mark Ruttenin Polşa rəhbərliyi ilə təmasdadır, məsləhətləşmələr aparılır. Məsələ Brüsseldəki qərargahda NATO Şurasının həftəlik iclasında müzakirə olunacaq"

Lamiyə Əhmədli
MİA.AZ

Seçilən
56
mia.az

1Mənbələr