AZ

Azərbaycan Bəhreyndə səfirlik açır

Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) səfirlik təsis etməsi ilə bağlı qanun layihəsi Milli Məclisdə müzakirə olunub. Yeni diplomatik nümayəndəliyin açılması ilə Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin sayı 93-ə çatacaq.

Bu barədə parlamentin iclasında çıxış edən deputatlar bildiriblər ki, Azərbaycanın ərəb ölkələri ilə münasibətləri son illər ərzində intensiv şəkildə inkişaf edir və Bəhreyndə səfirlik açılması bu xəttin davamıdır.

Deputat Fariz İsmayılzadə qeyd edib ki, ərəb ölkələri dünya siyasətində ciddi rol oynayır və Azərbaycan bu regionla əlaqələrini genişləndirməyə davam edir.

Nigar Məmmədova vurğulayıb ki, Bəhreyn Azərbaycanın suverenliyini açıq şəkildə dəstəkləyən ölkələrdəndir və səfirliyin açılması hər iki dövlətin maraqlarına xidmət edəcək.

Rizvan Nəbiyevin sözlərinə görə, bu addım Azərbaycan diplomatiyasının uğur göstəricisidir, eyni zamanda Bəhreynlə artıq mövcud olan sıx əməkdaşlığın dərinləşdirilməsinə imkan yaradacaq.

Elçin Mirzəbəyli isə bildirib ki, səfirliyin təsis edilməsi strateji əhəmiyyət daşıyır və Azərbaycanın diplomatik şəbəkəsinin Körfəz regionunda genişlənməsi yeni investisiya və turizm imkanları yarada bilər.

Gülnar Nazimqızı 

Seçilən
47
anews.az

1Mənbələr