AZ

Polşaya hücum edən PUA-lar Belarusdan gəlib – Minsk isə PUA-ların “azdığını” deyir

Polşanın Baş naziri Donald Tusk bəyan edib ki, dünən gecə Polşanın hava məkanını pozan PUA-lar Belarusdan gəlib. Bu, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ilk dəfədir baş verir.

Turkustan.az xəbər verir ki, Tusk parlamentdəki çıxışı zamanı deyib: “Bu pilotsuz təyyarələrin bəziləri ilk dəfə olaraq Belarus ərazisindən birbaşa Polşaya uçub”

Öz növbəsində Polşa lideri Karol Navroçki bildirib ki, hakimiyyət ölkənin hava məkanının pozulması ilə bağlı NATO Müqaviləsinin müttəfiqlərlə məsləhətləşmələri nəzərdə tutan 4-cü maddəsinin tətbiqini müzakirə edib. Lakin o, müzakirələrdən sonra qərarın verilib-verilmədiyini dəqiqləşdirməyib.

Bundan əlavə, o, yaranmış vəziyyətlə əlaqədar ölkənin Təhlükəsizlik Şurasını çağırmaq niyyətində olduğunu bildirib.

Navroçki NATO-nun Baş katibi Mark Rutte və müttəfiqləri ilə əlaqə saxladığını vurğulayaraq, pilotsuz təyyarələrlə bağlı insidenti “alyansın tarixində görünməmiş hadisə” adlandırıb.

Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Slavomir Çeçkiviç qeyd edib ki, NATO Müqaviləsinin 4-cü maddəsinin tətbiqi ilə bağlı qərar ilk növbədə Polşanın Baş naziri və alyans tərəfdaşlarından asılıdır.

Belarus Baş Qərargah rəisi Pavel Muraveyko isə bildirib ki, Belarus “azmış” pilotsuz təyyarələr barədə Polşanı xəbərdar edib və onların bəzilərini öz ərazisində vurub.

Onun sözlərinə görə, bu, Polşa tərəfinə öz növbətçi qüvvələrini havaya qaldırmaqla pilotsuz təyyarələrin hərəkətlərinə operativ reaksiya verməyə imkan verib.

Bu arada NATO dronların Polşanın hava məkanını pozması ilə bağlı insidenti hücum aktı kimi qiymətləndirmir. Bu barədə “Reuters” öz mənbələrinə istinadla məlumat yayıb.

Mənbə NATO “Patriot” hava hücumundan müdafiə sistemlərinin radarlardan istifadə edərək pilotsuz təyyarələri aşkarladığını, lakin onlara atəş açmadığını bildirib. Onun sözlərinə görə, əməliyyatda Polşanın F-16 qırıcıları, Hollandiyanın F-35-ləri və İtaliyanın AWACS havadan erkən xəbərdarlıq təyyarələri iştirak edib./AzPolitika.info/

Seçilən
30
50
turkustan.az

10Mənbələr