AZ

Elman Nəsirovu İşçi Qrupuna salmadılar – Narazılıq etdi

Deputat Elman Nəsirov Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupuna salınmamağı ilə bağlı narazılıq edib.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, deputat bu məsələyə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında toxunub.

“Mənim namizədlik dissertasiyam Azərbaycan-ABŞ münasibətləri, doktorluq dissertasiyam ABŞ və beynəlxalq terrorizm məsələləri olub. Nədənsə mən müraciət edəndə, məni Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə İşçi Qrupuna salmamışdılar.

Peşə fəaliyyətim bu ölkə ilə bağlı olduğundan, az-çox bu ölkəni tanıyıram. İmkan olsa idi, dostluq qrupunun üzvü olmaq istəyərdim”, – deputat bildirib.

Qeyd edək ki, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri deputat Səməd Seyidovdur.

Seçilən
9
8
konkret.az

10Mənbələr