AZ

Amin Ramazanov “Qarabağ”ı tərk etdi - “Zaqatala”ya görə

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın qapıçısı Amin Ramazanov Ağdam klubundan ayrılaraq “Zaqatala”ya keçib.

Arena.az bu barədə Zaqatala təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Birinci Liqada mübarizə aparan “Zaqatala” Ramazanovu icarəyə götürüb. 22 yaşlı qolkiperlə icarə müqaviləsi 6 aylıqdır. O, qış fasiləsində yenidən Ağdam klubunun düşərgəsinə qayıtmalıdır.

Xatırladaq ki, Amin Ramazanov 2021-ci ildən “Qarabağ”ın üzvüdür. O, Ağdam klubunun əsas komandasının heyətində meydana çıxdığı 14 oyunda 15 qol buraxıb, 4 matçda qapısını toxunulmaz saxlayıb.

Ramazanov Azərbaycanın U-19 və U-21 yığmalarında forma geyinsə də, əsas millimizdə debüt şansı qazanmayıb.

Xatırladaq ki, Ramazanov hazırda “Qarabağ”ın heyətində forma şansı qazana bilmir. Buna səbəb onun Ağdam klubunun heyətində Şahruddin Məhəmmədəliyev, Fabian Buntiç və Mateuş Koxalski kimi qapıçılarla rəqabətdə uduzmasıdır.

error: Məzmun qorunur!
Seçilən
22
2
arena.az

10Mənbələr