Moskva, 10 sentyabr, AZƏRTAC
Rusiyada məktəblərə qeydiyyatdan keçmək üçün müraciət edən miqrant uşaqlarının yalnız 12,6 faizi yoxlama testindən uğurla keçib.
AZƏRTAC xəbər verir ki, aprel-avqust aylarında sınaq testi üçün 23 616 ərizə təqdim edilib. Onların əhəmiyyətli hissəsi tam sənədlər paketi olmadan təqdim olunub və bu səbəbdən cəmi 8223 uşaq sınaq testinə buraxılıb. Nəticədə 5 940 nəfər test sınağında iştirak edib, cəmi 2 964 nəfər (testə qatılan uşaqların 50 faizi) müvəffəqiyyət qazanıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva