AZ

Polşa Rusiya səfirini etiraz notası üçün çağırdı

Polşa Xarici İşlər Nazirliyi sentyabrın 10-da Rusiya səfirini Polşa ərazisində qəzaya uğrayan pilotsuz təyyarələrlə bağlı etiraz notası təqdim etmək üçün çağıracaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Pavel Vronski bildirib.

O qeyd edib ki, notanın məzmunu səfirə təqdim olunana qədər ictimaiyyətə açıqlanmayacaq.

Seçilən
9
2
operativmm.az

3Mənbələr