AZ

Mətbuat Şurası sosial şəbəkələrdə bölücülük yaradan paylaşımlara diqqət çəkdi

"Məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı ilə bağlımövzu son günlər sosial şəbəkələrdə fərqli mövqelərdən müzakirə olunur. Təfərrüatlara varmaq istəməzdim, amma əslində, buna müzakirə yox, hiddət və qəzəb yağışı demək daha uyğundur. Hər bir halda, ortada təəssüf doğuran mənzərə var".

AzNews.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib.

O daha sonra əlavə edib ki, Mətbuat Şurası olaraq bu durum davamlı diqqətimizdədir.

"Bununla bağlı profilaktik söhbətlər aparmışıq. Sırf “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları” prizmasından izah etmişik ki, insanları dininə, dilinə, irqinə, yaşadığı yerə görə hansısa formada fərqləndirmək yolverilməzdir. Onu da bildirmişik ki, media nümayəndəsi, informasiya yayıcılığı ilə məşğul şəxs təqdimatlarında həssas olmalı, cəmiyyətdə bölücülük yarada biləcək fikir və ifadələrin işlədilməsindən çəkinməlidir. Sevindirici haldır ki, media subyektlərimiz əksərən belə məsələlərdə xeyli ehtiyatlıdırlar, deməli, həm də peşəkar davranırlar".

R. Məcid qeyd edib ki,Mətbuat Şurası onun da fərqindədir ki, insanlarımız arasında bölücülük yaratmaq mahiyyəti daşıyan təqdimatlar bir çox hallarda bu işlə məqsədli şəkildə məşğul olan qüvvələrə “mövzu” qazandırır.

"Son günlər bəzi sosial şəbəkə, xüsusən, “TikTok” paylaşımlarına diqqət yetirəndə bu meyili də görürük. Sanki kimlərsə pusquda dayanıb kiminsə nəsə deməsini gözləyirlər ki, qığılcımı böyük alova çevirsinlər. Belələri əllərinə düşən hər fürsətdə 44 günlük müharibədəki Zəfərimizi, doğma el-obamıza sahiblənmək əzmimizi heçə saymağa çalışır, böyük və qüdrətli xalqı “kiçik toplum, xırda qövm”kimi təqdim etmək mərəzlərini işə salırlar".

Seçilən
41
2
aznews.az

5Mənbələr