AZ

Ürəyindən keçənləri dilinə gətirdi: "Məqsədim odur ki, hamını özüm keçim"

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Toral Bayramov dünən DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukraynaya qarşı keçirilən oyun (1:1) haqda sualları cavablandırıb.

- Millimiz seçmə mərhələdə ilk xalını qazandı. Ukrayna ilə görüşdəki heç-heçəni (1:1) necə şərh edərdiniz?

- Düşdüyümüz vəziyyət hər kəsə məlumdur. Səfərdə çox pis hesabla uduzmuşduq. Buna baxmayaraq, ruhdan düşmədik. Məşqçi dəyişikliyi oldu. Son 3-4 gündə futbolumuza mane olacaq hər şey baş verdi. Ayxan müəllimin köməkliyi ilə meydana çıxdıq. Hesabı heç kim düşünmürdü. Məqsədimiz bayrağımız, xalqımız üçün vuruşmaq idi. Düşünürəm ki, Ukrayna ilə matçda təkcə əlimizdən gələni yox, əlimizdən gəlməyənləri belə etdik. Biz buyuq. Oyunumuzu daha da yaxşılaşdıra, bundan da yaxşı nəticələr qazana bilərik.

- Belə çıxır ki, problem məşqçidə idi?

- Mən bu barədə nəsə deyə bilmərəm. Hər məşqçinin öz sistemi var. Şəxsi fikrimdir ki, bu gün uşaqlarda döyüşçü ruhu görürdüm. Bir-birimizə baxıb motivasiya alırdıq. Bizə lazım olan budur.

- Ayxan Abbasov milliyə nə gətirdi?

- O, komandaya inamı qaytardı. Vuruşmaqla yaxşı nəticə qazandıq. Artıq növbəti matçlara baxacağıq.

- Fransa ilə oyundan nə gözləmək olar?

- Həmin vaxta qədər baş məşqçi təyinatı olmalıdır. Bilirsiniz ki, Ayxan müəllim millidə müvəqqəti idi. Yeni baş məşqçinin tələbləri nə olsa, canla-başla yerinə yetirəcəyik.

- Millimiz penalti qazanarkən zərbəni yerinə yetirmək istədiniz? Bir anlıq düşündünüz ki, zərbəni Emin Mahmudov yox, özüm vurum?

- Açığı, istərdim. Lakin Emin də vurmaq istəyirdi. Çünki bir qolla tarixə düşəcəkdi. Bir dəfə belə bir problem yaşanmışdı. Biz azərbaycanlıyıq, əsas odur ki, problem yaşanmasın və yaxşı nəticə qazanaq.

- Emin Mahmudov 15-ci qolla Qurban Qurbanovu geridə qoydu...

- Bu, futboldur, milli komandadır. Emin 15 qol vurub, lakin bu, çox deyil. Məqsədim odur ki, qol sayında hamını özüm keçim (gülür).

Seçilən
26
2
sportinfo.az

5Mənbələr