AZ

Polşa hava məkanına girən Rusiya dronlarını vurub

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Polşanın hava məkanına daxil olan Rusiya pilotsuz uçuş aparatları vurulub, Polşa açıqlayıb.

Baş nazir Donald Tusk bildirib ki, 19 PUA ölkənin hava məkanına daxil olub, onlardan 4-ü Polşa və NATO təyyarələri tərəfindən vurulub.

Bu, Rusiyanın 2022-ci ildə Ukraynada müharibəyə başlamasından sonra ilk dəfədir ki, NATO üzvü olan bir ölkə Rusiya hərbi obyektinə müdaxilə edib.

NATO-nun Polşadakı əməliyyatlarına ABŞ ordusu rəhbərlik edib.

Polşanın Baş naziri Donald Tusk NATO-nun Baş katibi Mark Rutteyə məlumat verdiyini açıqlayıb.

Rusiya hadisə ilə bağlı heç bir açıqlama verməyib.

Prezident Vladimir Putin dəfələrlə NATO ölkələrinə qarşı müharibə aparmaq niyyətində olmadığını desə də, bir çox Qərb rəsmisi onun bu təkzibinə şühbə ilə yanaşıb.

Rusiya PUA-ları daha əvvəl Polşaya düşüb, lakin ilk dəfədir ki, Polşa öz hava məkanına daxil olan rus PUA-larını hədəfə alıb və vurub.

Bu dronlara görə sentyabrın 10-na keçən gecə paytaxt Varşavadakı Şopen hava limanı da daxil olmaqla 4 hava limanı bağlanıb.

Çərşənbə günü səhər saatlarında ölkənin ən böyük hava limanı olan Varşava Şopen də daxil olmaqla üç hava limanının fəaliyyətini bərpa etdiyi açıqlanıb.

Paytaxt Varşava da daxil olmaqla, Ukrayna ilə həmsərhəd üç regionda vətəndaşlara evdə qalmağa və təhlükəsiz ərazilərə sığınmağa çağırılıb.

Polşa ordusu bu gün səhər yaydığı bəyanatda gecə ərzində Polşa hava məkanına daxil olan PUA-ları vurduqdan sonra hərbi əməliyyatı dayandırdığını açıqlayıb.

Sosial media platforması X üzərindən edilən açıqlamada ordu Polşa səmasında təhlükəsizliyi təmin etmək üçün F-35 döyüş təyyarələrini yerləşdirdiyi üçün NATO Hava Komandanlığına və Hollandiyaya təşəkkür edib.

Düşmüş "obyekt"lərdən biri Belarus sərhədi yaxınlığında tapılıb.

Digərlərinin tapılması istiqamətində işlər davam etdirilir.

ABŞ müdafiə nazirinin keçmiş müavini Cim Taunsend BBC News-a bildirib ki, Rusiya pilotsuz təyyarələrinin Polşanın hava məkanına son müdaxiləsinin təsadüfi olduğuna inanmaq çətindir.

"Bir dron səhvdir, birdən çox dron isə səhv deyil", - Taunsend deyib.

"Lakin bu, çox güman ki, NATO-nun cavab verməli olacağı bir sınaqdır", - o əlavə edib.

Sentyabrın 10-na keçən gecə Rusiya Ukraynaya 400-dən çox PUA göndərib.

Seçilən
53
bbc.com

1Mənbələr