AZ

“KOB FEST” sərgi-satış yarmarkası bu dəfə Şuşada

KOBİA Şuşa şəhərində və ətraf bölgələrdə yaşayan sakinləri, Qarabağı ziyarət edən qonaqları “KOB FEST” sərgi-satış yarmarkasına dəvət edir. 

KOBİA-dan verilən məluata görə, sentyabrın 20-21-də Şuşa şəhərində “KOB FEST” sərgi-satış yarmarkası təşkil olunacaq. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçiriləcək yarmarkada Şuşa şəhərində və ətraf bölgələrdə fəaliyyət göstərən sahibkarlıq subyektləri və sənətkarlar iştirak edə bilərlər. 

“KOB FEST”də məhsul və xidmətlərini təqdim etmək istəyən sahibkarlar 16 sentyabr, saat 18.00-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Şuşa” qeyd olunmalıdır). Mikro və kiçik sahibkarların yarmarkada iştirakı üçün ödəniş nəzərdə tutulmur. “KOB FEST” sərgi-satış yarmarkasının məqsədi bölgədə fəaliyyət göstərən KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarını genişləndirməkdir. Yarmarka çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunacaq.

Yerli KOB-ların və sənətkarların məhsulları ilə tanış olmaq, mədəni-əyləncəli proqramdan zövq almaq üçün Şuşa şəhərinin və ətraf bölgələrin sakinlərini, eləcə də Qarabağı ziyarət edən qonaqları “KOB FEST”də gözləyirik. 

Müşfiq Mirzə
XQ

Seçilən
18
19
xalqqazeti.az

10Mənbələr