Şəmkirdə bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, 1950-ci il təvəllüdlü Dəllər Cəyir kənd sakini Nəriman Sadıqov su arxına yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
Əraziyə polis əməkdaşları cəlb edilib.