AZ

İğdır Universitetinin rektoru ADU-da - FOTOLAR

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Türkiyənin İğdır Universitetinin rektoru Prof. Dr. Ekrem Güreli qəbul edib.


Manset.az xəbər verir ki, görüş zamanı iki universitet arasında akademik və mədəni əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb. Xüsusilə tələbə və müəllim mübadiləsi, birgə elmi layihələrin həyata keçirilməsi, simpozium və konfransların təşkili kimi mövzular diqqət mərkəzində olub.

Həmçinin, Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin “Bir millət, iki dövlət” prinsipi üzərində qurulduğu vurğulanaraq, universitetlərarası əlaqələrin gücləndirilməsinin əhəmiyyəti qeyd edilib.

Görüş zamanı bildirilib ki, 10 oktyabr 2025-ci ildə İğdır Universitetinin ev sahibliyi ilə keçiriləcək “Dədə Qorqud Paneli”ndə ADU-nun rektoru, akademik Kamal Abdulla açılış nitqi ilə çıxış edəcək. Həmin gün iki universitet arasında əməkdaşlıq protokolunun da imzalanacağı nəzərdə tutulur.

Rektor Prof. Dr. Ekrem Gürel səmimi qəbula görə akademik Kamal Abdullaya təşəkkürünü bildirib və bu görüşün iki universitet arasında dostluq və əməkdaşlıq münasibətlərini daha da gücləndirəcəyinə əmin olduğunu ifadə edib.

Seçilən
0
4
manset.az

5Mənbələr