AZ

Döş xərçənginin gözlənilməz əlaməti

ain.az, Azpost saytına istinadən bildirir.

Britaniyada qadının döş nahiyəsində keçməyən göyərmə və bərkimiş toxuma xərçəngin ilkin əlaməti kimi üzə çıxıb.

AzPost xəbər verir ki, qırx iki yaşlı Emma Holl təsadüfən qapıya dəyib, qısa müddət sonra ağrı keçsə də, döşündəki bərkilik itməyib.

Qadın vəziyyəti ciddi qəbul edərək həkimə müraciət edib. Aparılan ultrasəs, mammoqrafiya və biopsiya nəticəsində onda nadir rast gəlinən dölcük mənşəli döş xərçəngi aşkar olunub. Bu növ xəstəlik süd vəzilərində yaranır və döş xərçəngi hallarının təxminən on–on beş faizini təşkil edir.

Emma Holl uzunmüddətli müalicə kursundan keçib. Ona əvvəlcə döşün çıxarılması və rekonstruksiya əməliyyatı aparılıb. Lakin şiş artıq limfa düyünlərinə yayılmışdı. Sonrakı illərdə qadın kimyaterapiya, şüa və hədəf yönlü müalicə alıb, daha sonra isə yenidən əməliyyat olunaraq rekonstruksiya edilmiş döş və təsirlənmiş limfa düyünləri götürülüb. Hazırda o, xəstəliyin inkişafını ləngidən hormonal dərmanlar qəbul edir.

Həkimlər xəbərdarlıq edirlər ki, döş nahiyəsində yaranan hər cür zədə, bərkilmə və ya uzun müddət sağalmayan şişkinlik diqqətlə izlənilməlidir. Onların sözlərinə görə, belə əlamətlər yalnız sadə travma deyil, həm də xərçəngin ilkin göstəricisi ola bilər.

Mütəxəssislər xüsusən döşdə, qoltuqaltında və qasıq nahiyəsində meydana çıxan hər hansı dəyişikliklər zamanı vaxt itirmədən müayinə olunmağı məsləhət görürlər.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
1
azpost.info

2Mənbələr