AZ

Rüfət Əhmədov “Qəbələ”də

“Qəbələ” Akademiyasının yetirməsi olan Rüfət Əhmədov yenidən “qırmızı-qaralar”ın formasını geyinəcək.

Adalet.az xəbər verirki, 22 yaşlı sol cinah müdafiəçisi “Turan Tovuz”dan icarəyə götürülüb.

O, mövsümün sonunadək “Qəbələ”nin uğurları üçün çalışacaq. Karyerası ərzində “Kəpəz”də də çıxış edən Rüfət Əhmədov U-21 milli komandasının heyətində 9 oyun keçirib.

Qeyd edək ki, “Qəbələ” bunadək Salihu Nasiru, Xayme Syerra, Pirins Ovusu, Paulo Quimbila, İsaak Amoah, Adriel Ba Loua, Eduardo Kunde və İbrahim Sanqareni heyətinə cəlb edib.

Seçilən
13
11
adalet.az

10Mənbələr