AZ

İsrail ordusu husilərin Müdafiə Nazirliyinə və hərbi düşərgələrinə zərbələr endirib - YENİLƏNİB - VİDEO

İsrail Ordusu husilərin raket buraxılış məntəqələrini, qərargahını, Müdafiə Nazirliyinin binasını və hərbi düşərgələri hədəf alıb.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

İsrailin müdafiə naziri İsrail Katz husilərə daha bir ağır zərbə vurduqlarını bəyan edib:
“Biz daha çox zərbə endirəcəyimizə söz verdik və bu gün Yəməndəki husilərə daha bir ağır zərbə vurduq. IDF (İsrail Müdafiə Qüvvələri) indicə Səna və Yəmənin digər bölgələrində husilərin hərbi düşərgələrini, o cümlədən onların təbliğat şəbəkəsini vurdu. İsrailin uzun qolu vətəndaşlarımızı təhdid edən hər yerə çatacaq”.

Husilər isə İsrailin hücumunun çoxunun qarşısını aldıqlarını bildirib:

“Hava hücumundan müdafiə qüvvələrimiz bir neçə “yer-hava” tipli raketlər buraxaraq, düşmənin bəzi birləşmələrini geri çəkilməyə məcbur edib”.

***

17:57

İsrail ordusu Yəmənə zərbələr endirir.

APA xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Bildirilib ki, İsrail ordusu hazırda Yəməndəki husilərin hədəflərini vurur.

Seçilən
29
9
apa.az

10Mənbələr