AZ

Paşinyan Vaşinqtonda əldə olunan sülhün pozulmasına cəhdlərin olduğunu deyib

8 avqustda Vaşinqtonda əldə olunan sülhü pozmaq cəhdləri var.

Ölkə.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə bildirib.

Onun sözlərinə görə, 1994-cü ildən Qarabağ münaqişəsinin nizamlanması prosesi davam edir, lakin danışıqlar zamanı heç vaxt masa üzərində deklarasiya layihəsindən başqa sənəd olmayıb.

“Deklarasiya mətninə imza atılıb. Bu, bir çoxlarının proqramına daxil deyil. Onlara sülhün pozulması lazımdır. Belə qüvvələr həm Ermənistanda, həm də ona yaxınlıqda və uzaqlıqda mövcuddur”, – Paşinyan bildirib.(apa)

Seçilən
24
17
olke.az

10Mənbələr