AZ

Demensiyaya səbəb olan xəstəliklər

Beynəlxalq alimlər qrupu müəyyən edib ki, insanın psixi pozğunluğu nə qədər çox olarsa, demensiyanın inkişaf riski də bir o qədər yüksəkdir. Yeni bir araşdırma göstərir ki, demans inkişaf ehtimalı bir diaqnozla iki dəfə, iki diaqnozla dörd dəfə, dörd və ya daha çox diaqnozla 11 dəfə artır.

Araşdırma BMJ Mental Health jurnalında dərc olunub.

Tədqiqat Parisdəki psixiatriya klinikasında 45 yaşdan yuxarı təxminən 3700 xəstəni əhatə edib. Ən çox görülən pozğunluqlar depressiya, narahatlıq pozğunluqları, psixoz, asılılıq və bipolyar pozğunluq idi. Anksiyete və əhval pozğunluqlarının birləşməsi olan xəstələrdə demans inkişaf ehtimalı təxminən 90% daha yüksək idi.

Müəlliflər bunun birbaşa səbəb-nəticə əlaqəsi deyil, assosiasiya olduğunu vurğulayırlar. Bununla belə, əldə edilən məlumatlar psixi pozğunluqların birləşməsini demans riskinin erkən siqnalı kimi nəzərdən keçirməyə imkan verir. Tədqiqatçılar hesab edirlər ki, gələcəkdə müasir diaqnostika üsullarının – qan və onurğa beyni mayesinin biomarkerlərinin, həmçinin PET skanının tətbiqi xəstələrə daha erkən diaqnoz qoymağa və daha effektiv müalicəyə imkan verə bilər.

//Gülnarə Abasova, Editor.az

Seçilən
34
editor.az

1Mənbələr