AZ

Ukrayna Avropa İttifaqından daha 1 milyard avro alıb

Ukrayna Avropa İttifaqından daha 1 milyard avro maliyyə vəsaiti əldə edib.

Operativ Media xəbər verir ki, bunu Ukraynanın Baş naziri Yuliya Sviridenko “Telegram” səhifəsində yazıb.

“Bu tranş Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə olunan gəlirlər hesabına maliyyələşdirilib”, – deyə o bildirib.

“ERA Loans” proqramı çərçivəsində Ukraynaya dondurulmuş Rusiya aktivlərindən gələcəkdə əldə olunacaq gəlirlər hesabına 50 milyard ABŞ dolları ayrılması nəzərdə tutulur. Avropa İttifaqı isə 18,1 milyard avro ayıracaq.

Ümumilikdə, ERA təşəbbüsü çərçivəsində Aİ artıq Ukraynaya 8 milyard avro təqdim edib.

Seçilən
6
9
operativmedia.az

10Mənbələr