Ukrayna Avropa Birliyindən daha 1 milyard avro maliyyə vəsaiti əldə edib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Yuliya Sviridenko Teleqram səhifəsində yazıb.
“Bu tranş Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə olunan gəlirlər hesabına maliyyələşdirilib”, – deyə o bildirib.
“ERA Loans” proqramı çərçivəsində Ukraynaya dondurulmuş Rusiya aktivlərindən gələcəkdə əldə olunacaq gəlirlər hesabına 50 milyard ABŞ dolları ayrılması nəzərdə tutulur. Avropa Birliyi isə 18,1 milyard avro ayıracaq.
Ümumilikdə, ERA təşəbbüsü çərçivəsində AB artıq Ukraynaya 8 milyard avro təqdim edib.