AZ

Prezident Trampın məşhur tərəfdarı Çarli Kirk güllələndi

ain.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Məşhur amerikalı mühafizəkar və prezident Trampın qızğın  tərəfdarı Çarli Kirkə sui-qəsd cəhdi edilib. O, çox guman ki, öldürülüb.

AzPost bildirir ki suiqəsdin görüntüləri yayımlanıb.

Kirk Yuta Valle Universitetinin kampusunda çıxışı zamanı vurulub. Güllə onun boynuna dəyib. Atışmadan sonra hadisə yerində çaxnaşma yaranıb, insanlar müxtəlif istiqamətlərə qaçmağa başlayıblar. Hazırda hadisə yerində polis və bütün təcili yardım xidmətləri işləyir.

Kirk məşhur mühafizəkar, respublikaçıdır. Universitetlərə gəlişi və ABŞ Demokrat Partiyasının tərəfdarları ilə mübahisəsi ilə tanınır.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
1
azpost.info

2Mənbələr