AZ

Əfqanıstanda nazir və qubernatorun olduğu helikopter qəzaya uğrayıb

Əfqanıstanın mədən və neft naziri Hedayatulla Badri və Qhor vilayətinin qubernatoru Həyatulla Mübarəkin olduğu helikopter ölkənin Tulak bölgəsində qəzaya uğrayıb.

Bu barədə "Pajhwok" informasiya agentliyi məlumat yayıb.

Qhor vilayət qubernatorunun mətbuat katibi Rəsas Badri bildirib ki, qəza vertolyotun texniki nasazlığı səbəbindən baş verib.

Onun sözlərinə görə, hadisə zamanı xəsarət alan olmayıb.

APA

Seçilən
55
6
qaziler.az

8Mənbələr