Salyan rayonunda suvarma kanalında kişi meyiti tapılıb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.
Aşkar edilən meyitin kənd sakini, 2006-cı il təvəllüdlü Ramil Əhməd oğlu Babaşzadəyə aid olması aydınlaşıb.
Hələlik hadisənin təfərrüatı məlum deyil.
Faktla bağlı araşdırma aparılır.