AZ

Lavrov: İsrailin Dohaya hücumu qəbuledilməzdir

BAKI, 10 sentyabr. TELEQRAF

"İsrailin Dohaya endirdiyi zərbə qəbuledilməzdir və dost Qətərin suverenliyinin pozulmasıdır.

Teleqraf xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə söhbətində bildirib.

Lavrov Rusiyanın Qətər rəhbərliyi və xalqı ilə həmrəy olduğunu qeyd edib: “Ölən Qətər vətəndaşlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalması diləyirəm”.

"Rusiya tərəfi bu təcavüzkar hərəkəti beynəlxalq hüququn kobud şəkildə pozulması, dost Qətərin suverenliyinə və ərazi bütövlüyünə qəbuledilməz qəsd hesab edir. İsrailin Yaxın Şərqdə vəziyyətin daha da sabitləşməsinə gətirib çıxaran hərəkətləri yeni təhlükələrə yol açır", - Lavrov qeyd edib.

Seçilən
8
2
teleqraf.com

3Mənbələr