AZ

Paşinyan: “Zəngəzir dəhlizi Azərbaycanda o qədər məşhurlaşıb ki...”

“Obyektiv reallıq və subyektiv qavrayışlar var. Obyektiv reallıq ondan ibarətdir ki, Ermənistan və Azərbaycan Vaşinqtonda bir daha bir-birinin ərazi bütövlüyünü, suverenliyini, yurisdiksiyasını və sərhədlərinin toxunulmazlığını tanıyıb”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu sentyabrın 10-da parlamentdə hökumət saatında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O, özü ilə Vaşinqtonda imzalanmış sənədin böyük surətini gətirib:

"Burada bildirilir ki, Ermənistan ərazisində TRIPP adlı infrastruktur yaradılacaq. Bütün hekayə ondan ibarətdir ki, bu protokolda həm ABŞ Prezidentinin, həm də Azərbaycan Prezidentinin imzası var. Əgər söhbət regional kommunikasiyalardan gedirsə, o zaman biz bu dairəni çəkdik və imzaladıq ki, regional kommunikasiyalar və blokun açılması nədən gedir.

Ancaq bu, hamısı deyil. Sənədin 4-cü bəndində deyilir ki, TRIPP layihəsi Ermənistan və ABŞ arasında müzakirələrin gündəliyində duran məsələdir. Sual yaranır ki, Azərbaycanın bununla nə əlaqəsi var? Əlaqə belədir: bu regional layihə də Azərbaycana bağlanmalıdır, Ermənistan və Azərbaycanın kommunikasiyaları bir-birinə bağlanmalıdır, lakin TRIPP layihəsi Ermənistan və ABŞ arasında ikitərəfli müzakirələrin mövzusudur.

Trampla mən, həmçinin “Dünyanın kəsişməsi” layihəsinin inkişafı ilə bağlı niyyət memorandumu imzaladıq. Biz razılaşdıq ki, bu layihə Ermənistanın ərazi bütövlüyü, suverenliyi, yurisdiksiyası və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həyata keçiriləcək və ABŞ sərmayə qoymaqda maraqlıdır. Bu, obyektiv reallıqdır”.

Seçilən
44
1
cebheinfo.az

2Mənbələr