BAKI, 11 sentyabr. TELEQRAF
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Konqresdə ABŞ-Azərbaycan strateji tərəfdaşlığı, regional məsələlər və qlobal əhəmiyyətli sülh gündəliyi barədə geniş müzakirələr aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.