AZ

ABŞ Dövlət Departamenti "AIM-120D-3" raketlərinin Finlandiyaya mümkün satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Finlandiyaya orta mənzilli "AIM-120D-3" hava-hava raketlərinin və əlaqəli logistika dəstək sistemlərinin 1,07 milyard dollar dəyərində mümkün satışını təsdiqləyib.

"Report"un məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin xarici ölkələrə silah tədarükünü həyata keçirən qurumu – Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Finlandiya hökuməti ABŞ-dən 405 ədəd "AIM-120D-3" raketi və onlarla əlaqəli müxtəlif sistemlər istəyib.

Qeyd edilir ki, təklif olunan satış ABŞ-nin xarici siyasət və milli təhlükəsizlik maraqlarına uyğundur, çünki bu, NATO üzrə müttəfiqin müdafiə qabiliyyətini gücləndirəcək. Agentliyin fikrincə, mümkün silah satışı Finlandiyanın mövcud və gələcək təhdidlərə cavab vermə imkanlarını artıracaq.

ABŞ administrasiyası artıq bu satışla bağlı qərarı Konqresə təqdim edib. Qanunverici orqanın bu potensial razılaşmanı nəzərdən keçirmək və onu bloklamaq üçün 30 günü var.

Seçilən
56
musavat.com

1Mənbələr