AZ

Hamilə həyat yoldaşına romantik jest etdi, işdən çıxarıldı-MARAQLI OLAY

Türkiyənin Adana şəhərində maraqlı hadisə baş verib. Adana Şəhər Tədris və Tədqiqat Xəstəxanasında təmizlik işçisi kimi çalışan 29 yaşlı Sadık Şaşmaz, hamilə həyat yoldaşını avtovağzalda xüsusi şəkildə qarşıladığı üçün işindən azad edilib.

Editor.az Türkiyə mediasına istinadən xəbər verir ki,Şaşmaz həyat yoldaşı Melek Şaşmazın bir aylıq səfərdən qayıtması münasibətilə avtomobilini balonlarla bəzəyərək, üzərinə “Səni çox darıxmışam, evinə xoş gəldin, həyat yoldaşım” sözlərini yazıb. Sosial şəbəkələrdə paylaşılan görüntülər qısa müddətdə böyük marağa səbəb olub və media tərəfindən işıqlandırılıb.

Lakin Şaşmazın çalışdığı ISS Türkiyə şirkəti, sözügedən qarşılamanın onun xəstəlik səbəbilə işə çıxmadığı gün baş verdiyini əsas gətirərək, bunun şirkətin “dürüstlük və məsuliyyət” prinsiplərinə zidd olduğunu bildirib. Şirkət əməkdaşı barədə intizam tədbiri görərək, daha sonra “iş performansının aşağı düşməsi” səbəb ilə onun əmək müqaviləsinə xitam verib.

Sadık Şaşmaz qarşılamanın xəbərdə qeyd edilən tarixdən bir gün əvvəl – yəni işdə olduğu gün həyata keçirildiyini sübut etməyə çalışsa da, bu onun işinə davam etməsi üçün kifayət etməyib. Hazırda işsiz olan və kirayədə yaşayan Şaşmaz, ailəsini dolandırmaqda çətinlik çəkdiyini və məhkəməyə müraciət edərək işinə bərpa olunmağa çalışacağını bildirib.

\\Mahir Ağa, Editor.az

Seçilən
27
editor.az

1Mənbələr