AZ

Mask siyahıda gerilədi

ain.az, Sia Az portalına istinadən məlumat verir.

"Oracle” proqram təminatının həmtəsisçisi Larri Ellison ilk dəfə olaraq dünyanın ən varlı adamları siyahısında sahibkar İlon Maskı keçərək birinci yeri tutub. SİA xəbər verir ki, bu haqda “Bloomberg” məlumat yayıb. Agentliyin məlumatına görə, Ellison buna şirkətin birja kotirovkalarının demək olar ki, 40% artması sayəsində nail olub. “Bloomberg Billionaires Index”ə görə, “Oracle” həmtəsisçisinin sərvəti indeks hesablanandan bəri bir gündə maksimum 101 milyard dollar artaraq 393 milyard dollar qiymətləndirilir. Öz növbəsində Maskın sərvəti isə 385 milyard dollardır.

Qeyd edək ki, “Oracle” 1977-ci ildə təsis edilib, baş ofisi Texas ştatının Ostin şəhərində yerləşir. Dünyanın ən böyük proqram təminatı istehsalçılarından biridir. Eyni zamanda, “Forbes” jurnalı Maskın dördüncü ildir ki, dünyanın və ABŞ-nin ən varlı adamları reytinqində birinci yeri tutduğunu yazıb.

Sahibkarın sərvəti 400 milyard dolları keçib. Ellison isə 276 milyard dollar sərvəti ilə reytinqdə ikinci yerdə qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
55
9
sia.az

10Mənbələr